Dekabrın 3-dən 4-nə keçən gecə Tbilisidə keçirilən
aksiyada Saqareco sakini Elvin Kərimov həbs edilərək döyülüb.
Onun vəkili Ayhan Həsənli bizimlə söhbəti zamanı bildirdi ki,
Kərimov 10-a yaxın xüsusi təyinatlı tərəfindən döyülüb, mobil
telefonu və avtomobilinin açarları götürülüb. Onun sözlərinə görə,
xüsusi təyinatlılar Elvin Kərimova hüquqlarını Azərbaycan
Prezidenti İlham Əliyevdən tələb etməsini deyiblər.
“Elvinin dediyinə görə, birdən peyda olublar və onu həbs ediblər.
Nəyə görə həbs olunduğunu da bilmir. O, müqavimət göstərməyib və
niyə həbs olunduğu da məlum deyil. Həbsdən sonra onu maşına
mindiriblər və on xüsusi təyinatlı onu maşında döyüb. O, şiddətli
döyülüb, üzü nahiyəsində zədə izləri var, burnu və gözləri göyərib,
deyir ki, kürəyinə, həm də qarnına təpik vurublar. Dodaqları da
yaralanıb, üzündə qan izləri var. Ona belə müraciət ediblər:
“Burada nə gəzirsən, get hüquqlarını İlham Əliyevdən tələb et,
burada nə işin var, tatar”. Onunla belə davranıblar”,
– Elvin Kərimovun vəkili Ayhan Həsənli bildirir.
Ayhan Həsənlinin sözlərinə görə, hadisə İnzibati Xətalar
Məcəlləsinin 173-cü maddəsi ilə araşdırılır. Həmin maddə polis
əməkdaşının qanuni tələbinə tabe olmamağı nəzərdə tutur. İndiki
mərhələdə Elvin Kərimov istintaq təcridxanasında qalır. Vəkilin
sözlərinə görə, saxlanılan şəxslə Xalq Müdafiəçisinin nümayəndəsi
də görüşüb.
Artıq 7 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantika kursunu
dəyişməsi ilə əlaqədar bütün Gürcüstanda etiraz aksiyaları
keçirilir.
Rustavelidə Parlament binası qarşısında təhlükəsizlik qüvvələrinin
nümayəndələri aksiya iştirakçılarını vəhşicəsinə dağıdıblar.
Yayılan görüntülərdə bir qrup təhlükəsizlik qüvvələrinin aksiya
iştirakçılarını necə döydüyü görünür. Etirazçıların daha çox üzünə
zərbələr endirilir, onlar həbs olunarkən fiziki və şifahi
təhqirlərə məruz qaldıqlarını iddia edirlər. Hazırda yüzlərlə
vətəndaş silahlı qüvvələr tərəfindən həbs edilib və xəsarət alıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının nümayəndələri
jurnalistlərə də hücum edirlər.Aksiyanı işıqlandıran onlarla
jurnalist xəsarət alıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415