Polis 42 yaşlı kişini başqasının əmlakına ziyan vurub məhv
etdiyinə görə saxlayıb.
Daxili İşlər Nazirliyinin araşdırmasına görə, təqsirləndirilən şəxs
Rustaveli prospektində davam edən etiraz aksiyasını tərk etdikdən
sonra Mziuri parkında yerləşən videomüşahidə kameralarını qəsdən
zədələyib.
Daxili İşlər Nazirliyinin yaydığı bildirişdə hadisənin baş verdiyi
tarix göstərilmir, baxmayaraq ki, L.Ç. əmlaka ziyan vurduğuna görə
saxlanılıb. Agentlik vurğulayır ki,
təqsirləndirilən şəxs əvvəllər
ağır cinayətlərə görə cəza çəkib.
Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsinə əsasən,
hazırkı istintaq çərçivəsində təqsirli bilinən şəxsi 5 ilədək
müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.