Etiraz aksiyasına Marneuli də qoşuldu.
Bu gün, 4 dekabr tarixində Kvemo Kartlinin müxtəlif
bələdiyyələrinin hüquq müdafiəçiləri, ictimai təşkilat
nümayəndələri, məktəblilər, mülki fəallar və müxalifət
partiyalarının nümayəndələri Marneuli 22 saylı Dairə Seçki
Komissiyasının binası ərazisində, meriya binasının yaxınlığında
toplaşdılar.
Aksiya iştirakçıları ölkənin Avropaya inteqrasiya yolundan
dönməsinin onlar üçün qəbuledilməz olduğunu bildirdilər.
Artıq 7 gündür ki, bütün Gürcüstanda
etiraz aksiyaları keçirilir.
Hökumət tərəfindən Avro-Atlantik kursun dəyişməsi ilə əlaqədar
genişmiqyaslı aksiyaların əsas mərkəzi Tbilisinin Rustaveli
prospektidir. Bununla yanaşı, bölgələrdə də aksiyalar
keçirilir.
- Dmanisi;
- Rustavi;
- Bolnisi;
- Batumi;
- Kobuleti;
- Çxorotsku;
- Xaşuri;
- Zuqdidi;
- Axaltsixe;
- Qori;
- Kutaisi;
- Telavi və s.
Aksiyaya universitet və məktəb tələbələri, müəllimlər, lektorlar da
qoşulub. Bəzi dövlət məmurları da “Gürcü Arzusu”-nun qərarı ilə
razılaşmayaraq bəyanatlar yayıblar. Bir neçə əməkdaş Daxili İşlər
Nazirliyini tərk edib. Həmçinin, müxtəlif ölkələrdəki səfirlər
istefa verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415