Azadlıq meydanında Aleko Elisaşvili və Zurab Datunaşvili saxlanılıb

Tbilisidə, Azadlıq Meydanı yaxınlığında dünya çempionu, güləşçi David Datunaşvili saxlanılıb.


O, hazırda "Dəyişikliklər naminə Koalisiyası"nı təmsil edir və "Axali" Partiyasının üzvüdür.

Aleko Elisaşvili, "Vətəndaşlar" Partiyasının liderinin də saxlanılması ilə bağlı xəbərlər yayılır.

Azadlıq Meydanında yerləşən "Courtyard Marriott" otelində müxalifət üzvləri toplanmışdı. Onların toplantısı zamanı otel yaxınlığında həm polis, həm də xüsusi təyinatlı qüvvələr və maskalı təhlükəsizlik
əməkdaşları səfərbər edilmişdi. Ərazidə Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili də mövcud idi. Hadisə yerində olan insanlar və jurnalistlər bildirirlər ki, hakimiyyət təxribatlar üçün xüsusi olaraq "tituşkaları" (təxribatçılar) da səfərbər edib.




 

Print Email
FaceBook Twitter Google