ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə
məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Bunu ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü yaydığı yazılı
açıqlamada bildirib.
“Birləşmiş Ştatlar “Gürcü arzusu” partiyasının
Gürcüstan vətəndaşlarına, nümayişçilərə, media və müxalifət
nümayəndələrinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə
pisləyir. Biz “Gürcü Arzusu”nu tənqidçiləri susdurmaq üçün heç bir
fərq qoyulmadan həbslər və fiziki zorakılıq da daxil olmaqla
repressiv taktikasını dayandırmağa çağırırıq. Hüquq-mühafizə
orqanları tərəfindən saxlanılan vətəndaşların xəsarət alması ilə
bağlı xəbərlər bizi xüsusilə narahat edir. İfadə və toplaşmaq
hüququna görə həbs edilən insanlar dərhal azad edilməli, qanunsuz
güc tətbiq edənlər tam məsuliyyətə cəlb edilməlidir.
ABŞ gürcü xalqı və onun demokratik istəkləri ilə həmrəydir.
Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl
gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və
ifadə hüquqlarını məhdudlaşdıranlar məsuliyyətə cəlb olunacaqlar.
İkitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsi ilə yanaşı,
Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o
cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə, bundan
əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən
keçirilməsinə hazırlaşır”, – Blinken bildirib.
Onun fikrincə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə
azadlığı hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları
dərhal azad etməli, qanunsuz güc tətbiqində günahkar olan məmurlar
məsuliyyətə cəlb olunmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415