Bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili 10 məhkumun əfv
edilməsi barədə qərar qəbul edib.
Onlardan 3-ü cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə
cəzasının qalan hissəsindən tamamilə azad olunub. Əfv olunanlardan
biri qadındır.
4 məhkuma isə cəzaçəkmə müəssisəsində qalan cəza müddəti azaldılıb
ki, onların arasında bir qadın
da var.
Həmçinin əfv aktı 3 şərti məhkum olunan şəxsi də əhatə edib. Onlar
şərti olaraq azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən
tamamilə azad ediliblər.