Lavrov ABŞ-ı ATƏT-in Gürcüstandakı seçkilərlə bağlı hesabatını “saymamazlığa” görə tənqid edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı tənqid edib ki, hər hansı ölkədəki seçkilərin nəticələrini bəyənmirsə, ATƏT-in müsbət hesabatlarına məhəl qoymur.

Amerikalı populist və sui-qəsd nəzəriyyəsi üzrə jurnalist, “Fox News”un keçmiş aparıcısı Taker Karlsona müsahibə verən Lavrov buna misal kimi Gürcüstanda keçirilən son parlament seçkilərini göstərib.

Karlsonun bir neçə gün əvvəl Moskvada lentə aldığı müsahibə
bu gün, dekabrın 6-da Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

Lavrovun sözlərinə görə, ATƏT Rusiyada seçkiləri müşahidə edərkən, Belarus və Qazaxıstanda olduğu kimi, həmişə son dərəcə mənfi hesabatlar verib.

“Bu dəfə ATƏT-in Gürcüstandakı monitorinq missiyası müsbət hesabat təqdim edib. Seçkilərin nəticələrini bəyəndiyiniz və prosedurları təsdiqləməli olduğunuz zaman onları qəbul edirsiniz. Əgər seçkilərin nəticələrini bəyənmirsinizsə, onlara məhəl qoymursunuz”, - Lavrov ABŞ-dan danışarkən deyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google