Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, dekabrın 2-də
məktəblərin də etiraza həmrəylik nümayiş
etdirməli olduğu yazısında məktəbliləri mitinqlərə çıxmağa
çağırmayıb.
“Bu yazı məktəblərdə baş verən eyni şeyin də
başladığını təsvir edirdi. Əgər kimsə məni ana və nənə kimi və
məktəbliləri çölə çağıra bilən biri kimi təsəvvür edirsə... Mən
heyrətlənirəm ki, Patriarxlıqda hər kəs mənim bunu edə biləcəyimə
inanır. Mən heç kimi buna səsləməmişəm. Niyə bunu uşaqlar üçün
etməliyəm? Orada ölkədə nə baş verdiyini yazıram. Çağırma olmayıb,
cəfəngiyyata aldanmayın”, - deyə o, “İctimai Yayım”a
müsahibəsində bildirib.
Sözügedən yazı dekabrın 2-də Zurabişvili tərəfindən ingilis dilində
X səhifəsində yerləşdirilib. Prezident yazıb:
“Universitetlərdən sonra bütün Gürcüstanda baş verən
etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi
məktəblərindir”. Patriarxlıq və Xalq Müdafiəçisi onun
bəyanatını məktəblilərə çağırış kimi qiymətləndirib və
Zurabişvilini tənqid edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415