“Onu Marneuli təcridxanasından Diğomiyə elə gətiriblər ki, heç kimin xəbəri olmayıb" – Nika Qvaramiyanın həyat yoldaşı
Tbilisi Şəhər Məhkəməsində Nika Qvaramiyanın məhkəməsi davam edir. Qvaramiyanın həyat yoldaşı Sopo Liluaşvili “Matavari” kanalına bildirirb ki, Nika Qvaramiyanın məhkəməsinin başlanması ilə bağlı heç kim vəkillərə və ailə üzvlərinə məlumat verməyib.

“Biz qanunsuzluğun zirvəsindəyik. Şəxs Marneuli təcridxanasından Diğomiyə gətirilib və onun vəkillərindən heç birinə bu barədə məlumat verilməyib. Üstəlik, səhərdən Nikanın vəkilləri təcridxanaya, məhkəməyə zəng vururlar
ki, prosesin saat neçəyə təyin olunduğunu öyrənsinlər, bizə cavab verən olmadı”,
– Sopo Liluaşvili bildirib.

“Axali” partiyasının lideri Nika Qvaramiya dekabrın 4-də “Droa” partiyasının ofisi yaxınlığında həbs edilib. Hüquq-mühafizə orqanlarının nümayəndələri “Droa” şirkətinin ofisində axtarış aparıblar. Nika Qvaramiya axtarış prosesində iştirak etməyi tələbedib və bu zaman həbs olunub. Əvvəlcə müxalifət partiyasını həbs edilən liderinin hara aparıldığı məlum olmasa da, sonradan Qvaramiyanın Marneulidəki istintaq təcridxanasına aparıldığı məlum olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google