Tbilisidə aksiyada həbs olunan Elvin Kərimov 8 günlük həbs cəzasını Zestafonidə çəkəcək
Dekabrın 3-dən 4-nə keçən gecə zorakılıqla həbs edilərək döyülən Elvin Kərimov 8 günlük həbs cəzasını Zestafonidə çəkəcək. Elvin Kərimovun vəkili Ayxan Həsənli “Marneuli” radiosuna bildirib ki, məhkəmənin qərarından sonra müdafiə etdiyi şəxs Zestafoniyə aparılıb.

Elvin Kərimovun məhkəməsi 5 dekabr tarixində keçirilib.

“Bu prosesdə hakimin qarşı tərəfin vəkili olub-olmadığını və ya neçə tərəfin olduğunu başa düşə bilmədik. Hadisə şahidlərinə sual vermək üçün 5 dəqiqə vaxtı var idi, 5 dəqiqə ərzində iki
sual verməyi çatdırmırdıq. Elvinin həbsi ilə həbs protokolu arasında 3 saata qədər vaxt var idi, amma bu üç saat ərzində bu adamın harada olması, nə işlə məşğul olduğuna cavab verə bilmədilər. Protokolu niyə üç saatdan sonra hazırlayıblar”,
– Elvin Kərimovun vəkili Ayxan Həsənli bildirir.

Vəkilin sözlərinə görə, Kərimov 10 xüsusi təyinatlı tərəfindən döyülüb, onun mobil telefonu və avtomobilinin açarları götürülüb. Onun sözlərinə görə, həbs zamanı xüsusi təyinatlılar Elvin Kərimova deyiblər ki, getsin Azərbaycan prezidenti İlham Əliyevdən haqqını tələb etsin.

Artıq 9 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantika kursunu dəyişməsi ilə əlaqədar bütün Gürcüstanda etiraz aksiyaları keçirilir.

Rustavelidə, Parlament binası qarşısında təhlükəsizlik qüvvələrinin nümayəndələri aksiya iştirakçılarını vəhşicəsinə dağıdıblar. Yayılan görüntülərdə bir qrup təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarını necə döydüyü görünür. Etirazçıların daha çox üzünə zərbələr endirilir, onlar həbs olunarkən fiziki və şifahi təhqirlərə məruz qaldıqlarını iddia edirlər. Hazırda yüzlərlə vətəndaş silahlı qüvvələr tərəfindən həbs edilib və xəsarət alıb. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının nümayəndələri jurnalistlərə də hücum edirlər. Aksiyaları işıqlandıran onlarla jurnalist xəsarət alıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google