Publisist Elnur Nazim son günlər ölkədə və bölgələrdə baş
verənlərlə bağlı "Gündəlik Gürcüstan"nın "Facebook" səhifəsində
yazısı dərc olunub.
O, yazısında din xadimlərinə və cəmiyyətə müraciət edib. Həmin
yazını olduğu kimi sizə təqdim edirik.
"Bu gün əyri ilə düzün, danışan ilə susanın, haqq ilə
nahaqqın, ağ ilə qaranın tərəziyə qoyulduğu vaxtda, insanları şəxsi
həyat seçimi ilə vuramağa çalışanlar və bunu çox əxlaqi addım kimi
cəmiyyətə sırıyanlar nəticə çıxarmağa tələsməsin. Onlara sualım
var:
Hörmətli Axundlar, Hacılar, Məşədilər, Kərbəlailər və onlara
inananlar: əgər bu gün iddia edirsinizsə ki, İmam Hüseynin
davamçılarısınız aşağıda qeyd edəcəyim məqamlar ətrafında bir az
düşünməyinizi rica edəcəm.
Əgər deyirsinizsə ki, biz Hüseynin davamçılarıyıq və onun
mübarizəsinin təmənnasız əsgərləriyik niyə ölkədə baş verən bu
qədər ədalətsizliyə göz yumursunuz?
Əgər gənc və işiqlı bir həmvətənimiz bu gün məhz etiraz aksiyasında
durub öz haqqlarını tələb etdiyi üçün həbs olunursa, və "ay tatar
sənin nə işin var burda, get haqqını Əliyevdən tələb et" kimi
təhqiramiz ifadələrlə döyülürsə, işgəncə verilirsə və buna yüksək
səslə etiraz etmirsinizsə sizsiniz daha çox Hüseynçi yoxsa buna
etiraz edənlər?
O, həmən Hüseyn idi ki, bütün var-dövlət, qanun, ordu, saraylar
əlində olduğunu bildiyi halda Yezidlə 72 nəfərlə mübarizəyə
qalıxdı. O, həmən Hüseyn idi ki, xeymədə şamı söndürərək
tərəfdarlarına : "kim getmək istəyir getsin, mən heç kimi məcbur
etmirəm" deyərək 7 ci əsrdə demokratiyanın mükəmməl nümunəsini
nümayiş etdirdi İraq kimi sivilizasiyadan geridə qalmış
coğrafiyada.
O, həmən Hüseyn idi ki, 3 aylıq susuz körpəsi boğazından oxlanarkən
uşağı əlində tutub Yezidin ordusuna üzünü çevirərək demişdi ki "mən
bilirəm sizdə heç bir insaf yoxdur, sadəcə bu uşağı görsədirəm ki,
tarix şahid olsun". Bəli, tarix həqiqətən də heç nəyi unutmur.
Nəinki unutmur, tarixin çox ağır mühakiməsi var həm də. Təsadüfi
deyil ki, biz bu gün Kərbəla qiyamından danışarkın haqlı tərəf kimi
məhz Hüseyni və onun mübarizəsini görürük.
İndi durub əxlaq, təmizlik dərsi keçirsiniz və bununla vicdanınızı
rahatlaşdırmağa çalışırsınız. Bilin ki, alınmır. Kənardan çox
miskin görsənir.
Kərbəlanın strukturunu başdan - ayağa etiraz təşkil edir.
Ədalətsizliyə etiraz, saxtakarlığa etiraz, vəzifə, rütbə, şan
-şöhrət və bunların hamsına sahib olmaq üçün ətrafında baş verən bu
qədər haqsızlığa göz yummaq heç vaxt Hüseynçilik olmayıb və
olmayacaq. Əgər bu gün hardasa bir zəif məhz zəif olduğuna görə
əzilirsə; əgər bu gün hardasa bir səs, haqlı səs olduğu üçün
kəsilirsə; əgər bu gün bir nəfər belə olsa etiraz edirsə Hüseyn
məhz ordadır. Buna şübhəniz olmasın. Necə ki, Zeynəb - meydanda
öldürülən oğlanlarını hüzuruna gətirilərkən çadırdan eşiyə çıxmamış
və demişdi: "biz Allah yolunda verilən qurbanlarımızı geri qəbul
etmirik". Necə gözəl ifadədir. Bu günün qurbanlarını necə gözəl
ifadə edir bu cümlə. Doğurdan da elədir. Bu günün mübarizəsi məhz
Allah yolunda mübarizədir. Çünki bu gün səsin çıxmasa, sabah
bağırsan da səni heç kim eşitməyəcək.
Baş üstə ya Hüseyn. Biz səninləyik!"
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415