İtaliyanın baş naziri Ciorcia Meloni Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb
İtaliyanın baş naziri Ciorcia Meloni Romada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

İtaliya hökuməti görüşlə bağlı məlumat yayıb.

“Ciorcia Meloni qurbanlarla həmrəy olduğunu bildirib, Rusiya tərəfindən törədilən son partlayışları pisləyib və İtaliyanın Ukraynaya və Ukrayna xalqına tam dəstəyini bir daha təsdiqləyib”. – İtaliya hökumətinin yaydığı məlumatda qeyd olunur.

Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynanın Zaporojya
şəhərində həyata keçirdiyi hücum nəticəsində azı 13 nəfər ölüb, 122 nəfər yaralanıb. İtaliyaya gəlməzdən əvvəl Zelenski Almaniyanın Ramşteyn aviabazasında olub və burada ABŞ müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında iştirak edib.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google