11 yanvar gecəsi Batumi şəhərində polis “Batumelebi” nəşrinin
direktoru Mziya Amaglobelini saxlayıb. O, Batumi Polis Baş
İdarəsinin qarşısında keçirilən aksiyanın keçirildiyi ərazidə
olub.
"Batumelebi"nin məlumatına görə, Mziya Amaglobeli divara “Gürcüstan
tətil edir” yazısı olan plakat yapışdırdığı üçün saxlanılıb.
Etiraz plakatlarının yapışdırılması ilə əlaqədar saxlanılmalar
yanvarın 11-də Batumi şəhərində bir neçə dalğada davam edib.
Ən son
məlumata əsasən, aksiya zamanıIsaxlanılanlar arasında Ciala
Katamidzi, Mate Tsenteradze, Vaja Darçia, Goderdzi Franqişvili,
Malxaz İremadze, Temur Katamadze, Nana Şavadze, Teona Beridze və
Tatia Abuladze də var.
"Batumelebi"nin məlumatına görə, Amaglobeli aksiyada aktiv iştirak
etməyib, sadəcə həmin ərazidə olub.
Yerli hüquq müdafiəçiləri və fəallar polisin hərəkətlərini ifadə və
fikir azadlığının kobud şəkildə məhdudlaşdırılması kimi
qiymətləndirir və media qurumlarına təzyiqin aşkar əlaməti kimi
dəyərləndirirlər.
Hal-hazırda saxlanılanların hüquqi vəziyyəti və məhkəmə prosesləri
ilə bağlı əlavə məlumat verilməyib.
Mənbə: "Batumelebi"