Cənubi Koreya bildirir ki, Jeju Air təyyarəsinin qara qutuları qəzadan 4 dəqiqə əvvəl məlumat yazmağı dayandırıb
Jeju Air təyyarəsinin qara qutuları qəzadan dörd dəqiqə əvvəl məlumat yazmağı dayandırıb. Məlumatı Cənubi Koreyanın Nəqliyyat Nazirliyinə istinadən “Reuters” yayıb.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, müvafiq xidmətlər təyyarənin qara qutularının işləməməsinə nəyin səbəb olduğunu araşdıracaq. Təyyarənin səs yazıcısının ilk olaraq Cənubi Koreyada yoxlanıldığı və məlumatların əskik olduğu aşkar edildikdən sonra ABŞ-a göndərildiyi də məlumdur.

Məlumat üçün
bildirək ki, Ceju Air şirkətinə məxsus təyyarə Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb. Təyyarədə ümumilikdə 181 nəfər olub, onlardan 179 nəfər ölüb. Xilasedicilər yalnız iki nəfəri xilas edə biliblər, onların hər ikisi ekipaj üzvüdür.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google