Britaniya parlamentinin deputatı Ceyms Maklir parlamentə Bidzina
İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsini tələb edən
vəsatət təqdim edib.
O, bu haqda məlumatı Platforma X-də paylaşaraq yazıb:
“Demokratiyanı müdafiə edəcəyik, yoxsa onu Putinin
müttəfiqlərinə buraxacağıq? ABŞ Bidzina İvanişvilini demokratiyaya
zərbə vurduğuna və Rusiyanın Gürcüstana müdaxiləsinə kömək etdiyinə
görə sanksiya edib. Mən Böyük Britaniyaya da bunu etmək üçün təklif
təqdim etmişəm”, - Platform X-də o, yazıb və sənədi
dərc edib.
Sənəddə oxuyuruq:
“Parlament Gürcüstanın Aİ-yə üzvlük prosesinin
dayandırılması və dinc nümayişçilərə qarşı həddindən artıq güc
tətbiqindən dərin narahatlığını ifadə edir;
Bidzina İvanişvilinin Gürcüstanda demokratiyanın sarsıdılmasında və
Rusiyanın təsirinin təşviqində rolunu pisləyir; ABŞ-ın İvanişviliyə
qarşı sanksiyalar tətbiq etdiyinə diqqət çəkir və Britaniya
hökumətini demokratik geri çəkilməyə qarşı sərt mövqe nümayiş
etdirmək üçün eyni şeyi etməyə çağırır;
Böyük Britaniya-Gürcüstan strateji tərəfdaşlığına yenidən baxmağa
və Rusiyanın müdaxiləsinə qarşı avropalı tərəfdaşlarla sıx
koordinasiyaya çağırır; Bu, gürcü xalqının demokratik istəklərini
dəstəklədiyini bir daha təsdiqləyir”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415