Polşanın baş naziri Donald Tusk Rusiyanı təyyarələrə qarşı böyük
bir terror kampaniyası planlaşdırmaqda ittiham edib.
"Politico" xəbər verir ki, bu barədə Polşa hökumət başçısı
Varşavada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra
mətbuat konfransında bildirib.
Baş nazir Moskvanı Polşa ərazisində və onun hüdudlarından kənarda
sabotaj və təxribat törətməkdə suçlayıb.
"Mən yalnız onu deyə bilərəm ki, Rusiya hava terroru
aktları planlaşdırmışdı və bu təkcə Polşaya qarşı deyil, dünyadakı
bütün hava yollarına qarşı yönəlmişdi. Təfərrüatlara varmayacağam,
lakin bu qorxuların əsaslı olduğunu təsdiqləyə
bilərəm", - deyə Tusk bildirib.
"Bu sabotaj hərəkətləri, Rusiyanın yalnız Ukraynaya
deyil, bütün dünyaya elan etdiyi müharibənin müxtəlif formalarıdır.
Onlar birgə hərəkət etməyi tələb edir və Polşa bu cür təhdidlərlə
mübarizədə açar rol oynayır," – Tusk söyləyib.
D.Tusk konkret hansı terror aktlarını nəzərdə tutduğunu deməyib,
informasiyanın ayrıntılarını da açıqlamayıb.
Moskva hələlik, Tuskun bəyanatını açıq şərh etməyib. Ancaq
indiyədək Rusiya, ona bağlı olduğu iddia edilən əməliyyatçıların
ittiham olunduğu hücumlarla əlaqəsini danıb.
Rusiyanın hibrid
müharibəsinin tərkib hissəsi
Qeyd edək
ki, Moskva daha əvvəl də bir neçə ölkə tərəfindən Avropa
nəqliyyat infrastrukturunu sabotaj etməkdə və GPS siqnallarını
müdaxilədə ittiham olunub. Bu, Rusiya lideri Vladimir Putinin
Avropaya qarşı apardığı hibrid müharibə kampaniyasının tərkib
hissəsi kimi qiymətləndirilir.
2024-cü ilin aprelində Çexiyanın nəqliyyat naziri Martin Kupka
Rusiyanın Ukraynada başlatdığı tammiqyaslı müharibənin ilk
günlərindən bəri Avropa dəmir yollarına qarşı "minlərlə hücum"
həyata keçirildiyini deyib. Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov isə bu ittihamı "əsassız" adlandırıb.
Sonuncu dəfə Rusiya 2024-cü ilin dekabrın 25-də Kazaxıstanın Aktau
şəhəri yaxınlığında düşən Azərbaycana məxsus sərnişin təyyarəsinin
vurulmasında ittiham olunub. Bakıdan Qroznıya uçan "Embraer 190"
sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da, sonradan təyyarə
Qazaxıstanın Aktau hava limanına yönləndirilib və orada qəzaya
uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38 ölüb, 29-u
yaralanıb.
Azərbaycan prezidenti yerli mediaya müsahibəsində deyib ki, AZAL-ın
Qazaxıstanda qəzaya uğrayan təyyarəsi "Rusiya tərəfindən vurulub".
Azərbaycan Prezidenti təyyarənin təsadüfən vurulduğunu hesab
etdiyini deyib.
Putin Azərbaycan təyyarəsinin qəzası ilə bağlı üzr istəsə də,
məsuliyyəti üzərinə götürməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415