Gürcüstana pul köçürmələri 8,2% azalıb
2024-cü ilin dekabrında ölkəyə daxil olan pul köçürmələrinin həcmi 285,39 milyon ABŞ dolları (802,6 milyon lari) təşkil edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 8,2% (25,6 milyon ABŞ dolları) azdır.

Xaricdən Gürcüstana pul köçürmələrinin 96,0%-i 24 ən böyük tərəfdaş ölkədən daxil olub ki, dekabrda onların hər birinin pul köçürmələrinin həcmi 1 milyon
ABŞ dollarını ötüb. Ötən ilin dekabrında bütün pul köçürmələrinin 96,2%-i eyni 24 ölkənin payına düşüb.

2024-cü ilin dekabr ayında Gürcüstandan xaricə 34,8 milyon ABŞ dolları (97,8 milyon lari) göndərilib. Bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə (32,3 milyon ABŞ dolları) 7,6% çoxdur.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google