Gürcüstanda yaşayış minimumu 260 lari 20 tetridir
2024-cü ilin dekabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yaşayış minimumu cəmi 10,6 lari artıb, əvvəlki ayla müqayisədə isə 2,2 lari azalıb.

Milli Statistika Xidmətinin məlumatına görə, ötən ilin dekabrında əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 260,2 lari olduğu halda, 2023-cü ilin dekabrında bu rəqəm 249,6 lari, 2024-cü ilin noyabrında isə 262,4 lari olub.

Orta istehlakçı üçün yaşayış minimumuna gəlincə, ötən ilin dekabrında 230,5 lari, noyabrda 232,3 lari, 2023-cü ilin dekabrında isə 221,1 lari müəyyən edilib.

Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum ərzaq səbətinə əsasən müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətli insanın normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin (zülallar, yağlar və karbohidratlar) minimum miqdarını və kaloriyi özündə əks etdirən müəyyən edilmiş normativ səbətdir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google