Ukrayna və Rusiya əsirləri dəyişib
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "Telegram" hesabında paylaşım edilib.

"İnsanlarımızı evə qaytarmaq Ukraynanın üzərində daima işlədiyi bir məsələdir. Və biz bütün insanlarımızı geri qaytarmayınca dayanmayacağıq. Bu gün daha 25 nəfər vətəndaşımız Ukraynaya geri qaytarılır. Onların arasında Mariupol və Azovstal müdafiəçiləri, eləcə də Xarkov, Donetsk, Zaporojiye və Xerson bölgələrimizdən
olan hərbçilər və mülki şəxslər var",
- paylaşımda qeyd olunub.

Bildirilib ki, əsirlikdən qayıdan bu şəxslər ciddi yaralar və xəstəliklərdən əziyyət çəkir. Prezident vurğulayıb ki, onların hər biri zəruri tibbi yardımla təmin ediləcək.

Ukrayna dövlət başçısı paylaşımında bu mübadilənin baş tutmasında vasitəçi olan Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.

"Ukrinform"un məlumatına görə, 2024-cü ildə Rusiyanın əsirliyindən 1358 ukraynalı hərbçi və mülki vətəndaş geri qaytarılıb.

Rusiya Müdafiə Nazirliyi də 25 rusiyalı hərbçinin geri qaytarılması ilə bağlı məlumat yayıb.

Moskvanın Ukraynaya qarşı 2022-ci il fevralın sonunda başlatdığı təcavüzkar müharibə 3 ilə yaxındır davam edir. Qərb Rusiyaya ağır sanksiyalar tətbiq edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google