İsrail və HƏMAS qruplaşması (ABŞ və Avropa İttifaqı tərəfindən
terrorçu qruplaşma kimi tanınır) arasında atəşkəs razılaşması əldə
olunub.
Bir neçə mərhələdə həyata keçiriləcək razılaşma İsrail girovlarının
təxminən min fələstinli məhbusla dəyişdirilməsini və Qəzza Zolağına
təcili humanitar yardımın çatdırılmasını nəzərdə tutur.
Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan razılaşma sənədinin
yanvarın 19-dan qüvvəyə minəcəyi bildirilib. Bu məlumatı Qətərin
baş naziri Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani açıqlayıb.
Razılaşma üç mərhələdən ibarətdir və son mərhələ Qəzza bölgəsinin
yenidən qurulmasına yönələcək.
Razılaşmanın müddəaları, hələlik, dərc olunmasa da, prosesdə
iştirak edən siyasətçilərin şərhlərindən çıxan nəticə odur ki,
birinci mərhələdə altı həftəlik atəşkəs başlayacaq. Bu müddət
ərzində İsrail qoşunları Qəzzanın mərkəzindən tədricən geri
çəkiləcək.
Bu mərhələdə həmçinin HƏMAS İsrail həbsxanalarında saxlanılan
fələstinlilərin buraxılması qarşılığında əksəriyyəti qadınlar,
qocalar və xəstələrdən ibarət 33 israilli girovu azad edəcək.
Bəzi girovlar 2023-cü ilin noyabrında 240 fələstinli məhbusun
qarşılığında azad edilib. HƏMAS hələ də 94 nəfəri girov saxlayır.
İsrail tərəfi bu girovlardan yalnız 60 nəfərin sağ qaldığını güman
edir.
Atəşkəs razılaşmasının birinci mərhələsində münaqişə nəticəsində
evlərindən çıxmaq məcburiyyətində qalan fələstinlilər öz evlərinə
qayıtmaq imkanı əldə edəcəklər. Bu mərhələdə həmçinin HƏMAS
tərəfindən idarə olunan anklava humanitar yardımın daxil olması da
nəzərdə tutulub. İsrailin Qəzza Zolağında apardığı hərbi
əməliyyatlar nəticəsində Qəzza sakinlərinin, demək olar ki, hamısı
evlərini tərk etməyə məcbur qalıb. Bölgədə ciddi humanitar böhran
yaranıb.
Razılaşmanın ikinci və üçüncü mərhələsi ilə bağlı danışıqlar
atəşkəs qüvvəyə mindikdən 16 gün sonra başlayacaq. Analitiklər
bildirir ki, bu mərhələlər atəşkəsin davamlılığı üçün ilk ciddi
sınaq ola bilər.
Razılaşmanın ikinci mərhələsi qalan girovların azad olunmasını və
müharibənin sona çatdırılmasını əhatə edir ki, bu da olduqca mühüm
bir addımdır.
Xatırlatma
Müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin
cənubundakı yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Təxminən
1200 nəfər, əsasən, dinc sakinlər öldürülüb, 251 nəfər girov
götürülərək Qəzzaya aparılıb. İsrail buna cavab olaraq Fələstin
anklavında dağıdıcı müharibəyə başlayıb. HƏMAS-ın nəzarətindəki
Qəzza Səhiyyə Nazirliyinin
məlumatına görə, bu müharibə 46 mindən
çox insanın ölümünə səbəb olub. İsrailin hərbi əməliyyatları
nəticəsində Qəzza kütləvi dağıntılarla üzləşib və 2.3 milyon
sakininin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində
qalıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415