Azərbaycana əvvəlcə Maka Boçorişvili, ardınca isə İrakli Kobaxidze səfər edəcək
Yanvarın 16-da Azərbaycana əvvəlcə “Gürcü arzusu”nun xarici işlər naziri Maka Boçorişvili, sonra isə yanvarın 17-də baş nazir İrakli Kobaxidze isə səfər edəcək.

Xarici İşlər Nazirliyinin yanvarın 16-da yaydığı bəyanatda bildirilir ki, Maka Boçorişvili bu gün Azərbaycan Respublikasına ilk rəsmi səfərini edəcək.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla həm şəxsən, həm də geniş tərkibdə görüşəcək.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

"Nazir, həmçinin Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyacaq və həlak olanların xatirəsini ehtiramla yad edəcək", - XİN yazır.

İrakli Kobaxidzenin yanvarın 17-nə planlaşdırılan səfəri barədə məlumatı hələ 2024-cü il dekabrın sonunda “Gürcü Arzusu” partiyasının deputatı Qivi Mikanadze Azərbaycana səfərindən sonra yerli mətbuata açıqlamasında yayıb.

İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana gedəcəyi barədə məlumatı yanvarın 15-də hökumət administrasiyası “Azadlıq” radiosuna təsdiqləyib. Səfərin digər təfərrüatları hələlik məlum deyil.

Qivi Mikanadzenin sözlərinə görə, səfər çərçivəsində hər iki ölkənin Birgə İqtisadi Komissiyası "ölkələrimiz arasında 2025-ci ildə yeni layihələrin başlanması ilə bağlı konkret məsələlərin müzakirəsi" üçün görüşəcək.

Mikanadze Caliber.az-a müsahibəsində Gürcüstanın Azərbaycanla əməkdaşlığının daha da dərinləşdirilməsi perspektivlərindən də danışıb və bu kontekstdə Anaklia dərin dəniz limanı terminalını xatırladıb.

“Biz həmçinin Azərbaycanla dəniz yükdaşımaları sahəsində əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirik və Batumi və Poti limanlarının imkanlarını genişləndiririk. Bununla belə, ən mühüm layihə Anaklia limanında daha böyük yükdaşıma potensialına malik olan dərin dəniz terminalının tikintisidir. Daha böyük gəmilər ora daxil ola biləcək. Ona görə də bu əməkdaşlığın bütün səviyyələrdə dəstəklənməsi vacibdir”.

“Gürcü arzusu”nu parlament seçkilərində qələbəsi münasibətilə təbrik edən liderlər arasında Azərbaycan prezidenti İlham Əliyev də var. Parlamentin legitimliyi beşinci prezident Salome Zurabişvili, müxalifət partiyaları, cəmiyyətin əhəmiyyətli bir hissəsi, qeyri-hökumət təşkilatları və çoxlu sayda beynəlxalq tərəfdaşlar tərəfindən şübhə altına alınır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google