Bir aya yaxındır ki, Marneuli-Qırmızı Körpü istiqamətində hərəkət
edən avtobuslardan biri işləmir.
Bir neçə gündür ki, bu nəqliyyat vasitəsi ilə Qaçağan kəndinə
getməli olan müəllimlər məktəbə taksi ilə gedirlər.
Müəllimlərdən biri bildirdi ki, taksi ilə gediş haqqı 25 laridir və
hər gün ödəmək çətindir.
Qırmızı Körpü istiqamətində iki bələdiyyə avtobusu hərəkət edir.
Marneuli Avtoparkı MMC-nin
rəhbəri Qiqa Calağonia “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, Qırmızı Körpü istiqamətində
hərəkət edən avtobusun mühərriki xarab olub və təmir işləri
aparılır.
“İki avtobus əvəzinə bir avtobus işləyir. Mühərrik
xarabdır. Demək olar ki, təmir olunub, yaxın vaxtlarda
tamamlanacaq. Yəqin ki, 3-4 günə, gələn həftədən avtobus hərəkətə
başlayacaq. Bərpa olunduqdan sonra belə, hələ də yoxlanılmalıdır.
Ona görə də sizə dəqiq deyə bilmərəm”, – Qiqa
Calağonia bildirib.
Nəqliyyatın 20 Yanvar, bazar ertəsi günü bərpa edilib-edilməyəcəyi
hələ məlum deyil.
Yerli hökumət Marneuli məktəblərinə başqa şəhərlərdən getməli olan
müəllimlər üçün aylıq 50 lari məbləğində gediş haqqını təmin edir.
Yerli nəqliyyatın sıradan çıxması səbəbindən alternativ taksidir,
Qaçağan kəndinə getmək üçün taksi qiyməti 25 laridir. Bu halda
müəllimlər üçün bir aya nəzərdə tutulan məbləğ iki günə kifayət
edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415