Aşıq Ziyəddin Keşəli bu gün, 17 yanvar tarixində uzun sürən ağır
xəstəlikdən sonra dünyasını dəyişib.
Məlumata görə, Aşıq Ziyəddin 18 yanvar tarixində doğulduğu Keşəli
kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Aşıq Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci ildə,
sentyabr ayının 20-də Marneuli rayonunun Keşəli kəndində anadan
olub. Aşıq Xındı Məmməd və aşıq Kamandardan dərs alıb.
1983-cü
ildən Marneuli mədəniyyət evinin işçisi olub. Dəfələrlə
dövlət tərəfindən keçirilən incəsənət festivallarının iştirakçısı
olub və dəfələrlə laureat adına layiq görülüb. 1997-ci ildə qırmızı
diplomla təltif olunub.
2001-ci ildə “Şərəf” medalına layiq görülüb. 2004-cü ilin may
ayında keçirilən Beynəlxalq Aşıq Festivalının iştirakçısı olub,
“Qırmızı diplom”la təltif olunub.
Aşıq Ziyəddinin “Ruhani ruha dərmandır”, “Telli sazdır yarım mənim”
və “Ustad nəfəsi” kitablarının müəllifidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415