Xarici media - Fransa öz qüvvələrini Ukraynaya potensial yerləşdirməyə hazırlıq məqsədilə gizli hərbi təlim keçirib
Fransa öz qüvvələrini Ukraynaya potensial yerləşdirməyə hazırlıq məqsədilə gizli hərbi təlim keçirib. Bu haqda xarici media xəbər verir.

Medianın yazdığı kimi, Persée adlanan təlimlər on gün davam edib və 2024-cü ilin payızında Fransadakı poliqonlardan birində keçirilib. Təlimdə Xüsusi Təyinatlı Quru Qoşunlarından (CAST) 3200-ə yaxın hərbçi iştirak edib.

Xarici medianın məlumatına əsasən, təlim zamanı rus qoşunlarının Belarus
ərazisindən Ukraynaya potensial müdaxiləsi ssenarisi işlənib. Həmçinin, nəşrin yazdığı kimi, təlimin əsas məqsədi hərbçilərə pilotsuz uçuş aparatlarından və radioelektron müharibə vasitələrindən istifadəni öyrətmək olub.

Qeyd edilməlidir ki, avropalı sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsi Emmanuel Makronun dekabrın 7-də Parisdə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra getdikcə aktuallaşıb.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google