Aztəminatlı ailələr üçün pulsuz torpaq şumlanması proqramı başlayır
Marneuli yerli özünüidarəsi aztəminatlı vətəndaşların kənd təsərrüfatı torpaqlarını pulsuz şumlayacaq.

Bu barədə qərar Bələdiyyə Məclisinin 17 yanvar tarixində keçirilən iclasında qəbul edilib. Əmlakın İdarə Edilməsi və Maddi-Texniki Təminat xidmətinin rəhbəri Aqil Əmircanov məsələni müzakirəyə çıxararaq bildirib ki, kənd təsərrüfatına dəstək proqramında yalnız reytinq balı 100 mindən çox olmayan şəxslər iştirak edə bilər.

“Marneuli Bələdiyyəsində kənd
təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən Kənd Təsərrüfatına Dəstək Proqramı çərçivəsində biz hər il aztəminatlı əhaliyə yardım edirik. Bu proqram Marneuli Bələdiyyəsində qeydiyyatda olan, 100 000-ə qədər balı olan aztəminatlı ailələrə 0,1 hektardan 0,5 hektara qədər torpaq sahələrinin şumlanması prosesində pulsuz yardım göstərir”,
– Aqil Əmircanov bildirib.

Torpağın şumlanmasını “Təmiz Marneuli” MMC həyata keçirir. Şirkətin rəhbəri Leri Mumladzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, onlar ərizə əsasında torpağı şumlamağa başlayacaqlar. Merin kəndlərdəki nümayəndələri iştirak etmək istəyənlərin məlumatlarını toplayacaqlar. “Təmiz Marneuli” torpağı 5 traktorla mərhələli şəkildə şumlayacaq.

Leri Mumladzenin sözlərinə görə, yuxarıda qeyd olunan proqram artıq bir neçə ildir ki, bütün bələdiyyə üzrə həyata keçirilir. Birinci il 150, keçən il isə 75 benefisiara xidmət göstərilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google