Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir
Putin arasında telefon danışığı olub.
Ermənistan Baş naziri Ofisinin yaydığı məlumata görə, tərəflər
Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyinin
nəticələri, İttifaq çərçivəsində qarşıdan gələn tədbirlər, həmçinin
Ermənistan-Rusiya ikitərəfli münasibətləri ilə bağlı bir sıra
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Kremlin saytında isə bildirilib ki, telefon danışığı Ermənistan
hökumət
başçısının təşəbbüsü əsasında baş tutub.
"Nikol Paşinyan Ermənistanın Avropa İttifaqı ilə
münasibətləri kontekstində atdığı son addımlarla bağlı vəziyyəti
izah edib. Rusiya lideri isə bu məsələ ətrafında müvafiq şərhlərini
və qiymətləndirmələrini qarşı tərəfə təqdim edib", -
Kremlin saytında bildirilir.
Ermənistan 2024-cü ildə Avrasiya İqtisadi İttifaqına sədrlik edib.
Yanvarda sədrlik Yerevandan Minskə keçib.
Hökumət ötən həftə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü
prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib.
N.Paşinyan bəyan edib ki, qanun layihəsinin qəbulu Aİ-yə üzvlük
demək deyil.
"Bu məsələ ilə bağlı referendumun
keçirilməsi zəruridir", - o bildirib.
Rəsmi Moskva isə Yerevanın bu qərarına cavab olaraq xatırladıb ki,
Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistanın Avropa İttifaqına
daxil olmaq istəyi ilə bir araya sığmır.
"İki struktur fərqli prinsiplər üzərində işləyir, onlar
fərqli azad ticarət zonalarıdır", - Rusiyanın xarici
işlər naziri Sergey Lavrov bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415