Çanaxçı kəndinin sakinlərinə 18 gündür, su verilmir
Marneuli Bələdiyyəsinin Çanaxçı kəndinin sakinlərinə 18 gündür, su verilmir. Yerli sakinlərdən birinin “Marneuli” radiosuna verdiyi məlumata görə, kəndin təxminən 60%-nə içməli su əlçatan deyil, bəziləri isə dağlardan gələn sudan istifadə edirlər. Yerli sakinlərin sözlərinə görə, Çanaxçı müvəkkili vəziyyətdən xəbərdardır, lakin onların problemin həlli yolları haqqında məlumatları yoxdur.

Marneuli merinin Çanaxçı kəndi üzrə nümayəndəsi vəzifəsində Qiqol Atabeqyan çalışır.
Onun “Marneuli” radiosuna telefon müsahibəsində dediyinə görə, kənddə bir il əvvəl quyu qazılsa da, 31 dekabr tarixindən işləmir. Atabeqyan bunun səbəbini bilmir. Problemlə bağlı tikinti şirkəti nəticə çıxarmalıdır. Şirkət bir neçə günə Çanaxçıya gəlməlidir. “Marneuli” radiosunun içməli su sisteminin sıradan çıxmasından sonra 18 gün ərzində niyə reaksiya göstərilmədiyi barədə sualına cavab olaraq, müvəkkil bizə bunun səbəbinin yeni ildə istirahət günlərinin olduğunu bildirdi.

Qiqol Atabeqyanın sözlərinə görə, yaxın günlərdə Çanaxçıya şirkət nümayəndəsinin gəlişi gözlənilir.

"İnşaatçı ilə razılaşdım. Bu günlərdə kəndə gələcək, xaricə gedib, indiyə kimi gələ bilməyib. Onlar problemin nə olduğunu, qısaqapanma və ya başqa bir şey olub-olmadığını görməlidirlər. Burada bir il əvvəl quyu qazılıb və bu quyudan su hovuza axır, hovuzdan da əhaliyə paylanır. Bu quyunu kim qazıbsa, onlar gəlməlidir, zəmanətdə yazılıb. Dəyən ziyanın onun, yoxsa bizim tərəfimizdən olduğuna qərar verməlidir. Artıq hər kəs vəziyyətdən xəbərdardır, tezliklə bu problem həllini tapacaq. Hər məhəllədə su var, insanlar susuz yaşamırlar. İnşaatçını gözləyirik, ünsiyyətim oldu, o, mənə dedi ki, həftənin sonuna, ya sabah, ya da o biri gün gəlməlidir”, – Qiqol Atabeqyan bildirdi.

Marneuli meriyası 825 000 lariyə Çanaxçı kəndinə su xətti çəkdirib. İşlər tenderdə qalib gələn “Building Developer” MMC tərəfindən həyata keçirilib. Məbləğin 95 faizi dövlət, 5 faizi isə meriya tərəfindən ayrılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google