Rustavi-Qardabani yolunda baş verən qəzada 19 yaşlı gənc dünyasını dəyişib (VİDEO)
Rustavi-Qardabani yolunun Birlik kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İnfo Rustavi” xəbər agentliyinin məlumatına görə, “VAZ” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində 19 yaşlı gənc hadisə yerindəcə dünyasını dəyişib. Toqquşma nəticəsində yaralanan şəxs isə təcili tibbi yardım briqadası tərəfindən mərkəzi xəstəxanaya aparılıb.

Tibb müəssisəsinin təcili tibbi yardım şöbəsinin rəhbəri Tea Gelaşvilinin verdiyi məlumata görə, onlara daxil olan 30 yaşlarında olan kişinin səhhəti stabildir və həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyindən verilən
məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır. Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google