İrakli Kobaxidze universitet islahatı üzrə komissiya yaradır

“Gürcü Arzusu” hökuməti İrakli Kobaxidzenin rəhbərliyi ilə universitet islahatı üzərində işləyəcək hökumət komissiyası yaradır.



“4 illik perspektivdə biz universitet sistemini, ölkəmizdə ali təhsil sistemini keyfiyyətcə yenidən qurmalıyıq,” – deyə İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda ali təhsilin keyfiyyəti qənaətbəxş deyil.

“Bütün resursları maksimum səfərbər etməliyik ki, 4 il ərzində keyfiyyətcə yenilənmiş bir sistemə sahib
olaq. Tamamilə mümkündür ki, 4 ildən sonra gürcü tələbələr Avropa ölkələrində olduğu kimi eyni keyfiyyətdə təhsili Gürcüstanda da alsınlar. Bunun üçün konkret bir plan hazırlanmalıdır və bu plan üzərində hökumət komissiyası işləyəcək. Mən bu komissiyaya rəhbərlik edəcəyəm. Təhsil naziri Aleksandre Tsuladze mənim müavinim olacaq, komissiyanın katibi isə Baş nazirin təhsil və elm məsələləri üzrə müşaviri Levan Izoria olacaq,”
– İrakli Kobaxidze qeyd edib.

İrakli Kobaxidze ötən il də təhsil sistemində fundamental islahatlar anons etmişdi. Bu, “liberal tendensiyaların” aradan qaldırılmasını, milli tədris proqramları və dərsliklərin dəyişdirilməsini də əhatə edir.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google