Sənin suvarma suyun – Marneulililər üçün foto müsabiqə
Marneulidə fəaliyyət göstərən “Yaşıl İnkişaf Qrupu – Kera” təşəbbüs qrupu fotomüsabiqə elan edib. Fotomüsabiqənin mövzusu suvarma suyudur.

“Sizi “Yaşıl İnkişaf Qrupu – Kera”-nın elan etdiyi fotomüsabiqədə iştirak etməyə dəvət edirik. Müsabiqənin məqsədi kəndlərdə suvarma suyu problemlərini işıqlandırmaqdır. Sizin işləriniz bu məsələ ilə bağlı ictimaiyyətin maarifləndirilməsinə və Marneulinin kəndlərində mövcud vəziyyəti daha yaxşı başa düşməyə kömək edəcək”,
“Kera”-nın bəyanatında deyilir.

“Sənin suvarma suyun” – Bu fotomüsabiqədə istənilən vətəndaş iştirak edə bilər. Maraqlanan şəxslər 20 yanvar – 10 fevral 2025-ci il tarixləri arasında təşkilatın CLOAKING elektron poçt ünvanına fotoşəkilləri və foto haqqında məlumat göndərə bilərlər.

Müsabiqədə üç qalib elan olunacaq və onlar xüsusi mükafatlarla təltif olunacaqlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google