“Gürcü Arzusu”nun Acarıstan Ali Şurasındakı nümayəndəsi, yeni
seçilmiş şurada Konstitusiya,
hüquq və prosessual məsələlər komitəsinin sədri Tite Aroşidze
Batumi Dövlət Universitetinin rektoru olub.
Gizli səsvermədə o, Elmi Şuranın 10 üzvünün dəstəyini qazanıb. Bir
səs ləğv edilib.
Sessiyaya paralel olaraq bəzi tələbələr etiraz aksiyası
keçirirdilər. Onlar “Gürcü Arzusu”nun DTX tərəfindən irəli
sürüldüyünü iddia edərək universitetə nümayəndə seçilməsinə
qarşı
çıxırlar.
BDU-da hay-küy yaranıb. Tələbələrin sözlərinə görə, Tite Aroşidzeni
dəstəkləmək üçün partiya fəalı gətirilib.
Müsabiqədə iki nəfər iştirak edirdi: Tite Aroşidze və Arçil
Quçmanidze.
Yanvarın 17-də Batumi Dövlət Universitetinin rektorluğuna namizəd
Arçil Quçmanidze təzyiq və təhdidlərdən danışıb - o, Facebook-da
yazıb ki, bir neçə səbəbdən BDU-nun rektorluğuna namizəd kimi
qeydiyyatdan keçib, o cümlədən “universitet çox çətin vəziyyətdə və
partiya strukturuna çevrilmə riski var. “Akademik və təhsil
azadlığı itiriləcək, beynəlxalq mübadilə və təcrübə proqramları,
müştərək elmi layihələr, qrantlar və s. kritik şəkildə azalacaq və
ya tamamilə ləğv ediləcək”.
Onun sözlərinə görə, bu yazını dərc etdikdən sonra 3 saat ərzində
onunla əlaqə saxlayıb, “yuxarıdan” tələb etdiklərini bildiriblər
ki, BDU-nun namizədi kimi qeydiyyatını ləğv etsin, ya da seçkilərdə
xəbərsiz iştirak etsin, yazılarını silsin və s.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415