Bu gün Zəlimxan Yaqubun doğum günündür, gənc şair onu necə xatırlayır
Bu gün Zəlimxan Yaqubun doğum günüdür. Marneulili gənc, Hüseyn Koxayev Yaqubun şeirlərini, həyat və yaradıcılığını xatırlayır. 20 yaşlı Hüseyn şairə və onun şeirlərinə olan marağından söz açır. Şairin gənclərin yaddaşında buraxdığı izlərdən bəhs edir. Yaqubun Borçalı türklərinə və bütün Gürcüstana verdiyi töhfəsini vurğulayır.


Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
Şair 1967-ci ildə doğulduğu kənddə orta məktəbi başa vurub. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSRİ Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H. Z. Tağıyev adına mükafatla “Şöhrət” ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. 2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir. Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
Tags: Batumi Sokar
FaceBook Twitter Google