Apellyasiya Məhkəməsi Mzia Amağlobeli işi üzrə iddianı qəbuledilməz hesab edib
Kutaisi Apellyasiya Məhkəməsi vəkillərin Mzia Amağlobeli barəsində həbs-qətimkan tədbiri seçilməsinə etiraz edərək qaldırdıqları iddianı qəbuledilməz elan edib. Mzia Amağlobelinin vəkillərindən biri Paata Diasamidzenin sözlərinə görə, vəkillər hələ də öz əsaslandırmalarını məhkəməyə təqdim etməyiblər.

“Biz mübahisəni necə davam etdirəcəyimizi müzakirə edəcəyik”, - Paata Diasamidze bildirib.

Yanvarın 14-də Batumi Şəhər Məhkəməsi Mzia Amağlobeli barəsində həbs qətimkan tədbiri seçilib. Hakim
Nino İsmaşvili qərarı elan edib.

Yanvarın 16-da dövlət müdafiəçisi Mzia Amağlobeli barəsində həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı Kutaisi Apellyasiya Məhkəməsinə dost rəyi (Amicus Curiae) verib.
Sənəddə qətimkan tədbiri kimi istifadə edilən azadlıqdan məhrum etmənin əsaslandırılmasındakı çatışmazlıqlardan bəhs edilir və insan hüquqları standartlarının təhlilinə əsaslanaraq, insanın azadlığının yalnız mücərrəd və potensial təhlükələrə əsaslanan bu cür intensiv məhdudlaşdırılmasının yolverilməz olduğu vurğulanır.

Ombudsman Aparatının fikrincə, prokuror daha az ciddi həbs-qətimkan tədbirinin tətbiqinin nə üçün məqsədəuyğun olmadığını düzgün əsaslandırmayıb, xüsusən də müraciətə əsasən, müdafiə tərəfi kifayət qədər böyük məbləğdə girov ödəməyə hazır olduğunu bildirib.

Xalq Müdafiəçisinin ofisinin qeyd etdiyi kimi, Batumi Şəhər Məhkəməsinin qərarında məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi təklifə adekvat cavab vermədiyi və daha yüngül qabaqlayıcı tədbirin tətbiqi məsələsini lazımi əsaslandırmadan tərk etdiyi açıqlanıb.

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının [GGHA] sədri Nona Kurdovanidze dünən, yanvarın 20-də bildirib ki, Kutaisi Apellyasiya Məhkəməsi Mzia Amağlobelinin barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirməsə, onun vəkilləri Strasburqa müraciət edəcəklər. Mətbuat konfransında Nona Kurdovanidze bildirib ki, Mzia Amağlobeli yemək yox, yalnız su qəbul edir və bu onun etiraz formasıdır.

GGHA həmçinin bəyanat yayıb ki, “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin həbsi və cinayət təqibi qanunsuzdur və siyasi repressiya təşkil edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google