Türkiyənin şimal-qərbində Kartalkaya dağ-xizək kurortunda yerləşən
Grand Kartal otelində baş verən yanğın nəticəsində ölənlərin sayı
76 nəfərə çatıb.
21 yanvar axşamı təsdiqlənmiş məlumatlara əsasən, 66 nəfərin ölümü
qeydə alınmışdı.
Türkiyənin daxili işlər naziri jurnalistlərə bildirib ki, həlak
olan 76 nəfərdən 52-nin şəxsiyyəti artıq müəyyən edilib.
12 mərtəbəli taxta otel binasında yanğın 21 yanvarın sübh
saatlarında başlayıb.
Hadisə zamanı oteldə 238 nəfər olub.
Türkiyə mediasının məlumatına görə, yanğını söndürmək üçün 200-dən
çox yanğınsöndürən-xilasetmə işçisi səfərbər edilib.
Yanğınsöndürənlər on saatdan çox alovla mübarizə aparıblar və
nəzarət altına alıblar.
Türkiyənin məşhur kurortlarından biri olan Kartalkaya İstanbuldan
270 kilometr məsafədə yerləşir.
Faciənin səbəbi hələlik məlum deyil. İş üzrə istintaqa altı
prokuror rəhbərlik edir. Otel sahibi də daxil olmaqla 9 nəfər həbs
edilib. Onların nədə ittiham olunduğu hələlik məlum deyil.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni milli matəm
günü elan edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415