Batumidə 3 polis əməkdaşı yaralanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 20 yanvar tarixində,
Batumi şəhərinin Komaxidze küçəsində psixi pozğunluqdan əziyyət
çəkən bir vətəndaşla bağlı İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi
112-yə məlumat daxil olub.
Nazirliyin verdiyi məlumata əsasən, hadisə yerinə Acarıstan Patrul
Polisi Departamentinin əməkdaşları cəlb olunub. Məhz bu zaman psixi
pozğunluğu olan şəxs, G.N. əllərində olan bıçaqla
polislərə qəfil
hücum edib. Hücum zamanı o, üç patrul müfəttişinə müxtəlif
nahiyələrdən bıçaqla xəsarətlər yetirib.
G.N. hadisə yerində saxlanılıb. Yaralanmış patrul müfəttişləri
xəstəxanaya yerləşdirilib və hazırda hər üçü klinikada müalicə
alır.
Polisə hücumla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə
araşdırma aparılır.