Marneuli 2025-ci ildə oxçuluq üzrə Gürcüstan çempionatına ev sahibliyi edəcək
Marneuli Bələdiyyəsi 2025-ci ildə oxçuluq üzrə Gürcüstan çempionatına ev sahibliyi edəcək.

Bu barədə məlumatı yerli idman məktəbi yayıb. Onların məlumatına görə, 23-26 yanvar tarixlərində Gürcüstan Milli Oxçuluq Federasiyası və Marneuli Bələdiyyəsinin İdman Məktəbinin təşkilatçılığı ilə “Azərbaycan Evi” İdman Mərkəzində oxçuluq üzrə 2025-ci il Gürcüstan çempionatı keçiriləcək.

Çempionat 15 yaşadək, 21 yaşadək və 21+ olmaqla üç
yaş kateqoriyasında Gürcüstanın müxtəlif şəhərlərindən oxçuların iştirakı ilə keçiriləcək.

“Gürcüstan çempionatı 18 metr məsafəyə ox atmaqla, zalda, “WORLD ARCHERY” (WA) Dünya Federasiyasının qaydalarına əsasən keçiriləcək. Çempionat fərdi xarakter daşıyır, yalnız kişi və qadın “klassik yay” kateqoriyalarında keçirilir. Qeyd edək ki, çempionatda qızlar və oğlanlar kateqoriyasında finalçılar arasında Marneuli bələdiyyəsində oxçuluq idman növünün yaradıcısı Qiorqi Qordeziani kuboku təqdim olunacaq”, – Marneuli İdman Məktəbindən bildiriblər.

Turnirin çempionları və mükafatçıları müvafiq keyfiyyətdə medallar, diplomlar və pul mükafatları ilə təltif olunacaqlar.
  • Birinci yer - 400
  • İkinci yer - 300
  • Üçüncü yer - 200
Qiorqi Qordeziani Kubokunun sahibi 2000 lari məbləğində pul mükafatı ilə təltif olunacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google