"Aclığı dayandırsam, özümü bu ədalətsizliyin iştirakçısı sayacam" - Mzia Amağlobeli

Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidze Facebook-da yazıb ki, bu gün, yanvarın 23-də cəzaçəkmə müəssisəsində “Batumelebi” və “Netqazeti”nin təsisçisi Mzia Amağlobeli ilə görüşüb. Mzia Amağlobeli aclıq aksiyasını davam etdirir.


"Bu gün mən çıxan günəşi gördüm. O, etiraz əlaməti olaraq aclıq aksiyasını davam etdirir, amma cəsarətlidir.
Mənə dediyi kimi, o, heç bir müavinət almaq üçün yox,
ədalətsizliyə etiraz etmək üçün aclıq edir.
“Demokratiya hədiyyə deyil, bunu bizim cəmiyyətimiz ən yaxşı bilir və bu, indi aydın oldu. Aclıq aksiyamı dayandırsam, özümü bu ədalətsizliyə ortaq hesab edəcəm”,
- Nona Kurdovanidze Mzia Amağlobelinin müraciətini paylaşıb.

Netgazeti və Batumelebi-nin təsisçisi və direktoru Mzia Amağlobeli yanvarın 11-dən 12-nə keçən gecə saxlanılıb. O, Batumi polis rəisi İrakli Dqebuadzeyə hücumda ittiham olunur.

 

Print Email
FaceBook Twitter Google