Tbilisi ictimai nəqliyyatında ödəniş aparatlarından səslər eşidilib

Bu gün səhər Tbilisidə ictimai nəqliyyatda (avtobuslar və mikroavtobuslar) ödəniş aparatlarından müxtəlif müraciətlər

və musiqilər səsləndirilib. Aparatlardan Zviad Qamsaxurdiyanın 1991-ci ilin 9 aprel çıxışı, Zurab Jvaniyanın məşhur ifadəsi “Mən gürcüyəm, deməli Avropalıyam”, eləcə də Avropa İttifaqının himni və digər mesajlar səsləndirilib.

Tbilisi meriyasının məlumatına görə, bu hadisə ehtimal ki, kiberhücum nəticəsində baş verib. Ödəniş sistemi müvəqqəti
olaraq dayandırılıb və nasazlığın aradan qaldırılacağı vaxta qədər ictimai nəqliyyat sərnişinlərə pulsuz xidmət göstərəcək.

"Tbilisidə ictimai nəqliyyatda quraşdırılmış aparatların texniki dəstəyini “Gürcüstan Bankı”-nın müqaviləli şirkətləri - “MS+” MMC və “Azri” MMC həyata keçirir. Hazırda cihazlarda audio yazılar səsləndirilir. Texniki qruplar problem üzərində operativ şəkildə işləyir və yaxın vaxtlarda sistem yenidən işə salınacaq," – deyə meriyanın açıqlamasında bildirilir.

Bu hadisə Tbilisidə Avropa İttifaqına dəstək məqsədilə keçirilən aksiyalar fonunda xüsusi maraq doğurub. Etirazçılar “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı danışıqların növbəti dörd il ərzində gündəmə gətirilməməsi barədə qərarına etiraz edirlər.

 

Print Email
FaceBook Twitter Google