Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən
isti izlər və əməliyyat-istintaq tədbirləri nəticəsində
Tbilisi Polis İdarəsinin əməkdaşları 2002-ci il təvəllüdlü L.T.-nı
qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs
Tbilisidə qarşılıqlı mübahisə zəminində 1998-ci il təvəllüdlü
L.J.-nin bədəninə küt əşya ilə çoxsaylı xəsarətlər yetirərək onu
tikilməkdə olan binanın hündür mərtəbəsindən atıb. Daha sonra
təqsirləndirilən şəxs izlərini gizlətmək üçün meyiti yandıraraq
hadisə yerindən qaçıb.
“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə
orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi
saxlayıblar”, - məlumatda deyilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən adam
öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə
araşdırma aparılır.
Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415