Marneulidə suvarma kanalı infrastrukturunun vəziyyəti necədir,
mövcud suvarma sistemi nə dərəcədə effektiv işləyir,
hazırda Marneulidə suvarma kanallarının qarşısında duran əsas
problemlər hansılardır, suvarma kanallarının tikintisi ilə bağlı
konkret layihələr həyata keçirilirmi və qərar qəbul etmə prosesində
yerli fermerlər necə iştirak edirlər? Biz Gürcüstan Meliorasiya
Agentliyini Kvemo Kartli Xram-Debetin rəhbəri Tornike Qoqlidzeni
“Aktual mövzu” verilişinə dəvət etmişik.
Qeyd
edək ki, artıq bir neçə aydır ki, Marneulinin üç kəndində
layihə həyata keçirilir. Layihə Maradisi, Təkəli və Qırmızıkənddə
suvarma sistemlərinin inkişafına aiddir. Layihəni “Kera” Yaşıl
İnkişaf Qrupu həyata keçirir və onun çərçivəsində kəndlərdə
görüşlər keçirilib, sakinlər problemlərinin həlli üçün yerli
özünüidarəetmə orqanlarına, Meliorasiyaya müraciət ediblər.
Maradisi və Qırmızıkənd ərazisindən Vaziani adlı kanal keçir və
kənd əhalisi kanalın təmizləndiyi barədə məlumat alıb. Təkəli
sakinlərinə isə onların problemlərinin həlli üçün xərclərin
2025-2026-cı illərin büdcəsinə daxil ediləcəyinə dair vəd verilib.
Tornike Qoqlidze də suvarma kanalı infrastrukturu üçün vəsaitin
artdığını təsdiq etdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415