"Biz Marneulidə sahibsiz heyvanların yerində sterilizasiya/kastrasiya tətbiq etmək istəyirik" - Marneulidən itləri Ozurgetiyə aparacaqlarmı?
Marneuli Bələdiyyə meriyasının elan etdiyi, 2025-ci il ərzində bələdiyyədə sahibsiz qalan 400 itin sığınacağa aparılmasını nəzərdə tutan tenderdə yenidən Qela Natsvlişvili qalib gəlib.

İllərdir ki, tenderdə qalib gələn namizəd müvafiq xidmət göstərmək üçün Marneulidən Ozurgeti sığınacağına itlər aparır. Meriyanın elan etdiyi tenderin qalibi Qela Natsvlişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, onlar könüllülərlə əməkdaşlıq edərək Marneulidə
səyyar baytarlıq klinikası xidmətini tətbiq etməyi, səyyar klinika vasitəsilə göstərilməsi mümkün olmayan xidmətləri Tbilisidəki müqavilə bağladıqları baytarlıq klinikalarının köməyi ilə həyata keçirməyi planlaşdırırlar.

"Biz könüllülərlə əməkdaşlıq edərək Marneulidə sahibsiz heyvanların yerində sterilizasiya/kastrasiyasını tətbiq etmək istəyirik. Bunu keçən il bəzi digər regionlarda uğurla tətbiq edib həyata keçirmişik. Bunu təmin etmək üçün Tbilisidəki baytarlıq müəssisələri ilə müqavilələr imzalamışıq. Səyyar baytarlıq klinikasında göstərilə bilməyən xidmətlər ”. Bizim "Petomobil" adlı səyyar baytarlıq klinikamız var, onunla müxtəlif ucqar rayonlara, o cümlədən Marneuliyə səyahət edirik. Səyyar baytarlıq klinikası ilə sterilizasiya/kastrasiya dünyada sınanmış üsuldur", - Qela Natsvlişvili bildirib.

İllərdir ki, Marneuli meriyası sahibsiz itlər üçün sığınacaq üçün xidmətlərin göstərilməsi üçün tenderlər elan edir və tenderlərdə artıq beşinci ildir ki, Qela Natsvlişvilinin müsabiqəsiz qalib gəldiyi bildirilir.

Meriya indiyədək Marneuli Bələdiyyəsi ərazisində sahibsiz itlərin sığınacağa daşınması (zəruri hallarda evtanaziya və heyvan basdırılması) xidməti üçün elan edilmiş tenderlərdə 189 342 lari toplayıb.

Marneuli Bələdiyyəsində indiyədək sahibsiz heyvanların qeydiyyatı aparılmayıb. Bələdiyyə Məclisi hələ də heyvanlara qulluq qaydaları ilə bağlı qərar qəbul etməyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google