Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası "Birinci Kanal"ın
jurnalisti Vasil İvanov-Çikovaninin "Moambe" verilişində
aparıcılığını qeyri-müəyyən müddətə dayandırmaq qərarına münasibət
bildirib.
Təşkilatın fikrincə, “bu iş azad sözə və obyektiv jurnalistikaya
qarşı davam edən repressiyadır və bu, təkcə jurnalistlərin
hüquqlarını deyil, həm də cəmiyyətin müstəqilliyi Konstitusiya ilə
tanınan qurumdan obyektiv məlumat almaq hüququnu pozur”.
"Vasil İvanov-Çikovaninin əleyhinə atılan addımlar
birbaşa onun ictimai mövqeyi ilə, o cümlədən, qanunsuz həbsdə olan,
"Batumelebi" və "Netgazeti"nin təsisçisi Mzia Amağlobeliyə
həmrəyliyini bildirməsi və həmçinin, ictimai yayımda gedən
proseslər, eləcə də, efirin cəmiyyətə açılması məsələləri haqqında
açıq şəkildə danışması ilə bağlıdır," – bəyanatda
bildirilir.
GGHA hesab edir ki, onun barəsində görülən tədbirlər onun jurnalist
kimi yayım müstəqilliyinə qarşı atılan addımdır.
“İctimai Yayımçının müstəqilliyinin Gürcüstan
Konstitusiyasında ifadə azadlığının tərkib hissəsi olmasına
baxmayaraq, İctimai Yayımçı özü öz əməkdaşı Vasil İvanov-Çikovanini
məhz fərqli fikir bildirdiyinə görə təqib edir.
İctimai Yayımçı cəmiyyətin müxtəlif təbəqələrini lazımi
məlumatlarla təmin edən etibarlı qurum kimi fəaliyyət
göstərməlidir. İctimai yayımçının siyasi müdaxilədən asılı
olmayaraq fəaliyyət göstərməsi də hamı tərəfindən qəbul edilir.
Bununla belə, o, bunu edə bilmir. İctimai Yayım özünün
müstəqilliyini və dövlət qurumlarından azadlığını təmin edə bilmir,
o, tamamilə hakim partiyanın siyasi təsiri
altındadır”, - bəyanatda deyilir.