49 müxalifətçi deputatın mandatına xitam verilib

Qalmaqallı Parlamentin iclası 49 müxalifətçi deputatın mandatına vaxtından əvvəl xitam verilməsinə səs verib, qurumun 101 üzvü qalıb.


Qərar salonda olan “Gürcü Arzusu” və “Xalq Gücü” partiyalarının nümayəndələrinin alqışları ilə qarşılanıb.

Deputat səlahiyyətlərinə xitam verilənlərdən 19-u Dəyişikliklər naminə Koalisiyasının, 16-sı “Birlik-Milli Hərəkatın”, 14-ü isə “Güclü Gürcüstan”ın təmsilçiləridir. Onlar özləri səlahiyyətlərinə xitam verilməsini tələb ediblər.

Səsvermədən sonra mübahisəli Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, “demokratiyanı və Gürcüstan vətəndaşlarını şantaj etməyə cəhd edənlər, əlbəttə ki, buna həmişə ədalətli, konstitusiyaya uyğun, hüquqi cavab verəcəklər”.

Bu müxalifət birlikləri 2024-cü il 26 oktyabr Parlament seçkilərini saxtalaşdırılmış hesab edirlər, rəsmi nəticələrə görə isə səslərin çoxunu "Gürcü Arzusu" qoruyub saxladı (89 mandat).

Müxalifət 11-ci Parlamenti qeyri-legitim elan edib, qanunverici orqanda işləməkdən imtina edib, yeni seçkilərin keçirilməsini tələb edir.

Üç müxalifət birliyinin nümayəndələri 2024-cü ilin noyabr və dekabr aylarında bir deputatın mandatına vaxtından əvvəl xitam verilməsi ilə bağlı bəyanatlar yazıblar.

Rəsmi seçkilərin nəticələrinə görə, 150 deputatdan ibarət Parlamentdə 12 mandat qazanan digər müxalifət partiyası olan “Qaxaria Gürcüstan naminə” partiyası 2024-cü il oktyabrın 26-da seçilmiş Parlamenti qeyri-legitim hesab edir və yeni seçkilərin keçirilməsini tələb edir.

Partiya nümayəndələri mandatlarına vaxtından əvvəl xitam vermək üçün ərizə verməsələr də,
Parlamentin fəaliyyətində iştirak etmirlər.

Gürcüstanda 2024-cü ilin noyabrından yeni Parlament seçkilərinin keçirilməsi tələbi ilə etirazlar keçirilir. Daha sonra buna etirazlar zamanı saxlanılanların azad edilməsi tələbi də əlavə edilib.

 

Print Email
FaceBook Twitter Google