“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin
sözlərinə görə, hakim komanda sabah işə başlayacaq və tezliklə
Britaniya modeli və qanunvericiliyinə uyğun olaraq qəbul ediləcək
“media qanunu”nun təşəbbüskarı olacaq.
Onun sözlərinə görə, qanun medianın obyektivliyi və jurnalist
etikası standartlarını müəyyən edəcək.
Mdinaradzenin sözlərinə görə, bu standartların monitorinqi və
qorunması üçün institusional mexanizmlər müəyyən ediləcək.
“Biz sabah işə başlayacağıq və Britaniya modeli və
qanunvericiliyinə uyğun olaraq qəbul edəcəyimiz media qanununun
təşəbbüskarı olacağıq. Qanun medianın obyektivliyi, eləcə də
jurnalist etikası standartlarını müəyyən edəcək. Bu standartların
monitorinqi və tətbiqi üçün institusional mexanizmlər müəyyən
ediləcək. KİV-lərin xarici mənbələrdən maliyyələşdirilməsinə
məhdudiyyət qoyulacaq. Təbii ki, bu, kommersiya reklamlarından və
digər bu kimi mənbələrdən əldə edilən gəlirlərə şamil
edilmir”, - Mdinaradze bildirib.