Məhkəmə 2 fevralda əvvəl inzibati qaydada, sonra isə Cinayət
Məcəlləsi əsasında həbs olunan 8 nəfərə girov təyin etdi.
Bu o deməkdir ki, onlar girovu ödədikdən sonra həbsxananı tərk
edəcəklər.
Daha dəqiq desək, Qiqi Uqulava, Dimitri Bidzinaşvili, İrakli
Tabatadze, İrakli Tsqniadze və Aleksandre Qoqoqaladzeyə 5000 lari
girov müəyyən edilib. Nikoloz Kumsişvili üçün bu məbləğ 4000
lari,
Vasili Eliava və Nikoloz Kutubidze üçün isə 3500 lari təşkil
edir.
Cinayət Məcəlləsi ilə ittiham olunan şəxslər arasında Vahid Milli
Hərəkatın üzvü Qiqi Uqulava və "Axali" hərəkatının üzvü Dimitri
Bidzinaşvili də var.
Bu səkkiz nəfərə strateji və ya xüsusi əhəmiyyətli obyektin qrup
halında bağlanmasına cəhd ittihamı irəli sürülüb.