Xüsusi İstintaq Xidmətinin məlumatına görə, 40 yaşlı kişi 14
yaşlı qıza qarşı əxlaqsız hərəkətlər törətdiyinə görə həbs
edilib.
Açıqlamada qeyd edildiyi kimi,
“İstintaq təqsirləndirilən şəxsin internetdə
sosial şəbəkələrdən, o cümlədən saxta “Facebook” səhifələrindən
istifadə edərək 13 və 14 yaşlı yetkinlik yaşına çatmayan qızlarla
əlaqə saxladığını, yaşını və şəxsiyyətini gizlədərək, onlara özünü
müxtəlif adlar altında təqdim etdiyini müəyyən edib.
Təqsirləndirilən şəxs azyaşlılarla cinsi mövzuda söhbət edib,
onlara pornoqrafik foto və videomateriallar göndərib".
"Xüsusi İstintaq Xidməti Gürcüstan Prokurorluğu ilə əməkdaşlıq
edərək təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib və dərhal
sübutların əldə olunmasını təmin edib.
Onların arasında pedofil olduğu üzə çıxan təqsirləndirilən şəxsin
üzərində şəxsi yoxlama aparılıb, avtomobilinə və mənzilinə baxış
keçirilib. Təqsirləndirilən şəxsin mobil telefonları və digər
elektron məlumat saxlama cihazları maddi sübut kimi götürülüb.
İstintaqın yuxarıda qeyd olunan materialların tədqiqi nəticəsində
müttəhimin telefonunda onun yüzlərlə insanla, o cümlədən
azyaşlılarla əlaqə saxladığı ona yaxın saxta "Facebook" və
"Instagram" səhifəsi aşkar edilib. Bundan əlavə, müttəhimin illər
ərzində qanunsuz yolla əldə etdiyi pornoqrafik və şəxsi foto və
video material çıxarılıb”, - məlumatda deyilir.
Cinayət 5 ildən 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.
İstintaq xidmətindən verilən məlumata görə, araşdırmalar davam
etdirilir.