Aclıq aksiyasının 27-ci günündə Mziya Amağlobeli "Vivamedi"
klinikasında, xalq müdafiəçisinin təşəbbüsü
ilə yaradılmış həkimlərdən ibarət konsilium tərəfindən ziyarət
olunub. Konsiliumun tövsiyəsinə əsasən, onun üzərində daimi
monitorinq klinika daxilində davam etməlidir, çünki əsas məsələ
hazırda həyati göstəricilərin kritik olmaması deyil, vəziyyətin hər
an dəyişə biləcəyidir.
Konsilium rejimin həbs etdiyi "Batumelebi" və "Netqazeti"-nin
qurucusu Mziya Amağlobelini müayinə edən dörd
mütəxəssisdən –
qastroenteroloq, nevroloq, endokrinoloq və oftalmoloqdan
ibarətdir.
Qastroenteroloq Giorgi Gviliyanın sözlərinə görə, zəifliyinə
baxmayaraq, Mziya klinikaya gətirilməzdən əvvəlki vəziyyətindən
daha yaxşıdır. Lakin bu vəziyyətin müəyyən həddi var və vaxt
gələcək ki, həkimlərin müdaxiləsi kifayət etməyəcək.
“Gündəlik monitorinq zəruridir. Tutaq ki, bu gün yaxşıdır,
amma sabah vəziyyət tamamilə dəyişə bilər. Burada əsas məqam cari
göstəricilər deyil, dəyişikliklərin sürətidir,” – deyə
Gviliya bildirib.
Həkimlər bildirirlər ki, Mziya Amağlobeli zəiflik hiss edir, yavaş
və fasilələrlə hərəkət edir və danışır. Həbsdən əvvəl mövcud olan
qida borusu və mədə problemlərinin ağırlaşma riski yüksəkdir.
“
Vəziyyət narahatedicidir, artıq neçə gündür ki, aclıq
davam edir. Sənədləri və tibbi tarixi öyrənərkən məlum oldu ki, o,
klinikaya gətirilməzdən əvvəl daha ağır vəziyyətdə olub. Hazırda
klinikada bütün lazımi tədbirlər görülür və bu, tezliklə ağır
nəticələrin qarşısını alır. Amma bu vəziyyətin bir həddi var və bu
hədd hər bir insan üçün fərqlidir. Müəyyən bir vaxtdan sonra
orqanizmdə elə dəyişikliklər ola bilər ki, xarici köməklə
vəziyyətin düzəldilməsi mümkün olmayacaq. Qəlbdə, həzm sistemində,
böyrəkdə, ciyərdə və digər orqanlarda tədricən çatışmazlıqlar
yarana bilər. Bizim fikrimizcə, əgər xəstə aclığı davam etdirmək
qərarına gəlibsə, o, klinikada qalmalı və müalicəsi burada davam
etməlidir. Amma qeyd etməliyəm ki, hətta yüksək səviyyəli tibbi
müdaxilə də müəyyən bir mərhələdən sonra xəstəni xilas etmək üçün
kifayət etməyə bilər,” – deyə Giorgi Gviliya
vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415