“Kea Qafqaz” qeyri-hökumət/icma təşkilatları və təşəbbüs qrupları üçün qrant müsabiqəsi elan edir
Müsabiqə Gürcüstanda qadınların hüquqlarının təşviqi, onların iqtisadi imkanlarının artırılması və qadınlara qarşı zorakılığın azaldılması məqsədi daşıyan “Təhlükəsiz və Bərabər Cəmiyyət Naminə” layihəsi çərçivəsində keçirilir.

Bərabərlik və qadınlara qarşı zorakılıq/məişət zorakılığı, qadınların, qızların ehtiyaclarının yerli səviyyədə müdafiə olunmasını, inteqrasiyasını təmin etmək üçün yerli vətəndaş cəmiyyəti təşkilatlarının rolunu ,potensialının gücləndirilməsi.

Qrant müsabiqəsində iştirak edə bilərlər:
  • Gürcüstanın Sahibkarlıq qanununa uyğun olaraq layihənin hədəf bölgəsində, konkret
    olaraq Kaxeti və Kvemo Kartlidə (Kaxetidə: Telavi, Axmeta, Saqareco, Qurcaani bələdiyyələri; Kvemo Kartlidə: Marneuli, Bolnisi, Dmanisi, Tetritskaro bələdiyyələrində qeydiyyatdan keçmiş təşkilatlara üstünlü veriləcək); nisbətən təcrübəli qeyri-hökumət təşkilatlar.
  • Gürcüstanın Sahibkarlar haqqında Qanununa uyğun olaraq qeydiyyatdan keçməyə hazır olan və layihənin hədəf bölgəsində, yəni Kaxeti və Kvemo Kartlidə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT-lər), kiçik təşəbbüs qrupları, icma təşkilatları və ya daha az təcrübəsi olan qeyri-hökumət təşkilatları (Kaxetidə: Telavi, Axmeta, Saqareco, Qurcaani bələdiyyələri; Kvemo Kartlidə: Marneuli, Bolnisi, Dmanisi, Tetritskaro bələdiyyələrində qeydiyyatdan keçmiş təşkilatlara üstünlü veriləcək);
Kiçik təşəbbüs qrupları, icma təşkilatları və ya qeyri-formal qruplar tam qrant ərizəsi təqdim etməzdən əvvəl qrant müsabiqəsinin ikinci mərhələsində rəsmi qeydiyyatdan keçməlidirlər.
Qrant müsabiqəsi haqqında ətraflı məlumat üçün əlavə olunmuş qrant bələdçisinə müraciət edin.

Elektron Maraq İfadəsi Forması (link: https://forms.gle/W9asP2RCmT9goj8AA)

Son qəbul tarixi: 17 fevral 2025-ci il.

Qrant müsabiqəsi 3 mərhələdə keçiriləcək:

** Birinci mərhələdə maraq ifadəetmələri keçiriləcək və ən yaxşı ideyaları olan təşkilatların nümayəndələri seçiləcək.

** İkinci mərhələdə seçilən təşkilat nümayəndələri CARE tərəfindən təşkil olunacaq layihə yazılması, büdcə tərtibatı, insan hüquqlarının monitorinqi, sosial hesabatlılıq, bərabərlik və digər məsələlər üzrə təlimlər keçəcəklər.

** Üçüncü mərhələdə təlim başa çatdıqdan sonra tam qrant ərizələri təqdim olunacaq.


Ətraflı məlumat üçün linkə daxil olun.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google