Moldova hökumətinin qərarı ilə ölkədəki Rusiya Elm və Mədəniyyət
Mərkəzi (Rus Evi) bağlanacaq.
Fevralın 13-də Moldova Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
xidmətinin yaydığı məlumatda bildirilib ki, müvafiq qərar Rusiyanın
hücum təyinatlı pilotsuz uçuş aparatının ölkənin hava məkanını
pozmasına cavab olaraq qəbul edilib.
Moldova XİN 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin
yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası
sazişini birtərəfli
qaydada denonsasiya etmək qərarına gəlib.
"Müqavilənin ləğvi proseduru başa çatdıqdan sonra
Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini
dayandıracaq", - XİN-in bəyanatında deyilir.
Daha əvvəl Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiyaya
məxsus dronların Ukraynanın Odessa vilayətinə hücumu zamanı
onlardan ikisi Moldova ərazisinə daxil olub və partlayıb. Partlayış
nəticəsində ölən və yaralananlar olmayıb.
Bu gün, fevralın 13-də Rusiya səfiri Oleq Ozerov təcili Moldova
XİN-ə çağırılıb. Ona pilotsuz uçuş aparatının qalıqları
göstərilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415