İran Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 7-ci
turunda Tehranın "Azadi" stadionunda baş tutan
"Persepolis" - "Traktor" qarşılaşmasında baş verən hadisələrlə
bağlı qərarını elan edib. Qərara əsasən, hər iki klub azarkeşsiz
oyun keçirmək və pul cəriməsi ödəmək cəzasına məhkum olunub.
İRNA xəbər agentliyinin yaydığı rəsmi qərara görə, azarkeşlərin
törətdiyi qayda pozuntularına görə federasiya bir sıra
tədbirləri
tətbiq edib.
İntizam Komitəsinin qərarına əsasən, "Persepolis" və "Traktor"
arasında gələcək iki mövsümdə keçiriləcək ev və səfər oyunları
azarkeşsiz olacaq. Əgər bu iki komanda kubok və ya Superkubokda
üz-üzə gəlsə, stadionun tamaşaçı tutumu 50 faiz azaldılacaq.
"Persepolis" iki ev oyununu yalnız qadın azarkeşlərin iştirakı ilə
və 50 faiz doluluq səviyyəsində keçirəcək. Bu cəzanın biri şərti
saxlanılıb. Bundan əlavə, "Persepolis" klubuna 2 milyard,
"Traktor"a isə 1 milyard tümən cərimə tətbiq olunub. "Persepolis"
iki ay ərzində azarkeşlər klubu yaratmağa məcbur edilib, əks halda,
mövsümün sonuna qədər ev oyunlarını azarkeşsiz keçirəcək.
Qərardan sonra "Traktor" klubu bəyanat yayıb və İntizam Komitəsinin
qərarına etirazını bildirib. Klub bəyan edib ki, federasiyanın
irqçi şüarlarla bağlı hüquqi yanaşmasında bəzi dəyişikliklər olsa
da, əvvəlki təcrübələr və oxşar qayda pozuntularının təkrarlanması
fonunda verilən cəzalar yetərli deyil.
"Traktor" bəyanatında vurğulayıb ki, "Azadi" stadionunda etnik
təhqirlər 2011-ci illərdən bəri davam edir və İntizam Komitəsi bu
qayda pozuntularının qarşısını almaq üçün effektiv tədbirlər
görməyib. Klub həmçinin İntizam Komitəsinin bu işə yanaşmasını
tənqid edib və tətbiq edilən cəzaların yetərli olmadığını
bildirib.
Bəyanatın digər hissəsində "Traktor" oyunun hakim və
nəzarətçilərinin fəaliyyətini tənqid edib və onların stadiondakı
qayda pozuntularının qarşısını almaqda yetərli tədbirlər
görmədiyini bildirib. Klub həmçinin "Persepolis"in oyun zamanı
xəsarət alan azarkeşlərin sayı ilə bağlı iddiasını rədd edib və
bildirib ki, yaralıların əksəriyyəti "Traktor" tərəfdarları
olub.
"Traktor" qərardan apellyasiya şikayəti verərək, işin yenidən
araşdırılması üçün İntizam Komitəsinə müraciət edib. Klub hesab
edir ki, mövcud qərar oxşar qayda pozuntularının qarşısını almaq
üçün yetərli deyil və stadionlarda etnik təhqirlərə qarşı daha sərt
tədbirlər görülməlidir.
Bundan əvvəl "Traktor" klubu bəyanatında Tehranda Perspolisə qarşı
keçirilən oyunda baş verən hadisələrə və stadionda səsləndirilən
irqçi şüarlara etiraz etmişdi. Klub İran Futbol Federasiyasının
İntizam Komitəsi ciddi tədbir görmədiyi təqdirdə FIFA-ya şikayət
edəcəyini bildirmişdi.
Traktorun oyunlarında və bəzi digər komandalarla qarşılaşmalarda
türklərə qarşı irqçi şüarlar səsləndirilməsi yeni hal deyil, bu,
dəfələrlə baş verib. Lakin bu cür davranışların qarşısını almaq
üçün ciddi addım atılmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415